!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

!Reklam – Yazi

Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu birgə hərbi təlimlərə başlayır.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, “Key Resolve” adlı hərbi təlimlər martın 24-dək davam edəcək.

Qeyd edək ki, martın 1-dən Cənubi Koreyada iki ölkə hərbçilərinin iştirakı ilə “Foal Eagle” adlı irimiqyaslı əməliyyat-taktiki təlimlər də davam edir. Təlimlərə ABŞ və Cənubi Koreyanın Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri cəlb edilib. Təlimlərdə ABŞ tərəfindən “Carl Vinson” aviadaşıyıcısı, F-35 qırıcıları və B-52 bombardmançı təyyarələri iştirak edir.

Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir.

Yeniçağ.Az

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv