!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və İsrail arasında kritik GÖRÜŞ: Rəfahda quru əməliyyatına alternativləri müzakirə edəcəklər

!Reklam – Yazi

ABŞ və İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərində Təl-Əvivin planlaşdırdığı quru əməliyyatı üçün Ağ Evin faktiki olaraq alternativ təkliflərini müzakirə etmək niyyətindədir. 

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər portalı məlumat yayıb.

Məlumata görə, iclas aprelin 1-nə təyin edilib.

Məlumatda bildirilir ki, nümayəndə heyətinə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və İsrailin strateji planlaşdırma naziri və Hərbi Nazirlər Kabinetinin üzvü Ron Dermer başçılıq edəcək.

ABŞ administrasiyası İsrail ordusunun 1,5 milyona yaxın fələstinlinin sığındığı Rəfaha qurudan müdaxiləsinə qarşıdır. İsrail Vaşinqtonun etirazına baxmayaraq, əməliyyatı həyata keçirməkdə israrlıdır.

İsrailin baş naziri Binyamin Netanyahu dünən mətbuat konfransında bildirib ki, İsrail ordusu Rəfaha hücum planını təsdiqləyib və hərəkətə keçməyə hazırdır.

Yenicag.az

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv