!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və müttəfiqləri Ukraynaya qırıcıların verilməsini müzakirə edir – Müdafiə Nazirliyi

!Reklam – Yazi

Ukraynanın uğurlu əks-hücum kampaniyası Qərbin bu ölkəyə qırıcı təyyarələr göndərməsinə zəmin yaradıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin materialında qeyd olunub.

Nəşrin yazdığına görə, ABŞ Müdafiə Nazirliyinin rəsmisi müttəfiq ölkələrlə birlikdə Ukraynaya qırıcılar və hava hücumundan müdafiə sistemləri göndərmək imkanlarının müzakirə edildiyini bildirib.

Müdafiə Nazirliyinin yüksək çinli nümayəndəsi qeyd edib ki, Vaşinqton və müttəfiqləri Ukraynanın uzunmüddətli ehtiyaclarının qarşılanması çərçivəsində hava hücumundan müdafiə sistemləri və orta-uzunmüddətli perspektiv üçünsə qırıcıların göndərilməsini müzakirə edirlər.

Eyni zamanda, bir sıra Qərb dövlətlərinin vəzifəli şəxsləri də Ukraynanın son hərbi uğurlarının bu ölkəyə yardımların artırılmasına yönəlik arqumentləri gücləndirdiyini vurğulayıblar.

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv