!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və NATO-nun yazılı cavabı Rusiyaya təhvil verildi

!Reklam – Yazi

ABŞ-nin Moskvadakı səfiri Con Sallivan çərşənbə günü Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşdə Vaşinqtonun Rusiyanın təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli müqavilə layihəsinə yazılı cavabını verib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken yazılı cavabın ötürüldüyünü təsdiqləyib. Görüş ABŞ səfirinin xahişi ilə baş tutub.

Bu gün səhər saatlarında, yanvarın 26-da ABŞ-nin Rusiyadakı səfiri Con Sallivan XİN-ə Vaşinqtondan Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı tələblərinə yazılı cavab təqdim edib. O, iki sənəd verib – biri ABŞ-dən, ikincisi NATO-dan.

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarının yaxın günlərdə baş tutacağını bildirib. Onun sözlərinə görə, Vaşinqton təhlükəsizlik zəmanətləri ilə bağlı cavabında “ciddi diplomatik yol” təklif edib.

“Biz açıq şəkildə göstərmişik ki, bizim dəstəkləyəcəyimiz və müdafiə edəcəyimiz əsas prinsiplər var, o cümlədən Ukraynanın suverenliyi və ərazi bütövlüyü, həmçinin dövlətlərin öz təhlükəsizlik tədbirləri və müttəfiqliklərini seçmək hüququ”, – Blinken jurnalistlərə bildirib.

Dövlət katibi qeyd edib ki, cavabda Moskvanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinin qiymətləndirilməsi, həmçinin ABŞ və müttəfiqlərinin narahatlığı var. O, həmçinin ABŞ-nin NATO-nun açıq qapı siyasəti ilə bağlı dəyişməz mövqeyini açıqlayıb. Blinken qeyd edib ki, Vaşinqtonun cavabları müttəfiqlər və Ukrayna ilə razılaşdırılıb. Sənədin hazırlanmasında ABŞ prezidenti Co Bayden iştirak edib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasının plenar iclası zamanı hökumət saatında çıxış edərək Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-nin cavabını tələb olunarsa, dərc etməyəcəyini bildirib. Eyni zamanda, o qeyd edib ki, Vaşinqtonun reaksiyasının mahiyyəti və məzmunu ictimaiyyətə çatdırılacaq.

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv