Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

ABŞ və Rusiya arasında Suriyadaki atəşkəs razılığı qüvvəyə minib

ABŞ və Rusiyanın razılığı əsasında Suriyanın cənub-qərbində atəşkəs qüvvəyə minib.

Yenicag.az-ın məlumatına görə, atəşkəs üzrə razılaşma cümə günü G20 sammiti ərəfəsində ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi görüş zamanı əldə edilib.

Atəşkəs razılaşması Suriya ilə Livan sərhəddindəki Dera, Kuneyta və Əs-Süveyda şəhərlərinə qüvvəyə minib.

ABŞ xarici işlər naziri Reks Tillerson bildirib ki, bu razılaşma ABŞ və Rusiyanın Suriyada birlikdə çalışa biləcəyini göstərmək üçün vacibdir.

Rusiya xarici işlər naziri Sergey Lavrov atəşkəsin bu şəhərlərə humanitar yardım edilməsi üçün təhlükəsizlik koridorlarının yaradılmasına kömək edəcəyini bildirib.

Yenicag.az

www.yenicag.az

414
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM