!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin “Azərbaycan planı”nda AÇILAN PƏRDƏ: “Casus şəbəkəsinin ifşası və atılan addımlar...”

!Reklam – Yazi

“Həmin siyasətin “bəhrə”lərini İraq, Əfqanıstan, Suriya, Vyetnam və başqa ölkələrdə çox görmüşük”.

Bu fikirləri ABŞ-nin Azərbaycanda formalaşdırdığı casus şəbəkəsinin ifşası və bu çərçivədə atılan addımları dəyərləndirən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, dövlətin bu istiqamətdə atdığı addımlar mövcud zərurətdən qaynaqlanır və bu tədbirlərin ardıcıl olması vacibdir:

“Bu vəziyyət ABŞ-nin Azərbaycana qarşı gizli həyata keçirməyi planlaşdırdığı çirkin məqsədlərin təzahüründən xəbər verir. Bu fonda onilliklər boyunca Azərbaycanın haqlı mövqeyini görməzdən gələn ABŞ-nin ermənipərəst siyasətinin alt qatındakı niyyətlər də özünü tədricən ən açıq formada göstərməkdədir.

ABŞ hər zaman olduğu kimi indi də, Azərbaycanda qurduğu və artıq ifşa olunan agentura şəbəkəsini “təmiz”ə çıxararaq oraya daxil olanların “mələk” obrazlarını yaratmağa çalışaraq onların müdafiəsinə cəhd edərək, Azərbaycanda guya “repressiya aurası”nın mövcudluğu haqqında rəy yaratmağa çalışır.

Dövlətin haqq və mənafelərini qorumaq, siyasətini dəstəkləmək hər bir vətəndaşın borcudur. Çünki dövlətin varlığı vətəndaşın varlığı deməkdir. Bunu anlamaq o qədər də çətin olmamalıdır. Ancaq ABŞ-nin məqsədi bəllidir. Digər regionlarda olduğu kimi, burada da özünün səltənətini formalaşdırmağa cəhd göstərir.

Həmin siyasətin “bəhrə”lərini İraq, Əfqanıstan, Suriya, Vyetnam və başqa ölkələrdə çox görmüşük. Bəzi istisnalarla o dövlətlər məhz Vaşinqtonun məqsədli siyasəti sayəsində xarabazara çevrilib.

Ona görə də, ABŞ-nin Azərbaycanda formalaşdırdığı şəbəkənin vaxtında və tam ifşası zəruridir. Əks halda, o şəbəkə və onu yönəldənlərin əli ilə dövlət üçün arzuedilməz proseslərə yol açıla bilər. Lakin dövlətimiz bu təhdidin ciddiliyini tamamilə anlayır və lazımi tədbirləri görür. Bu, çox vacibdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv