!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və Şimali Kipr tarixində MÜHÜM İLK: “Amerikalı konqresmenin bu səfəri...”

!Reklam – Yazi

“Konqresmenləri əksər hallarda öz xarici səfərlərini Dövlət Departamenti ilə razılaşdırsalar da, onların şəxsən israr etdikləri məqamlar da ola bilər”.

Bu fikirləri ABŞ Konqresinin respublikaçı üzvü Pit Seşnsin Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfərini dəyərləndirən Azərbaycanın İrandakı sabiq səfiri, professor Nəsib Nəsibli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ konqresmeninin Şimali Kiprə səfər etməsinin yunanları qəzəbləndirməsi təbiidir:

“Nəzərə almaq lazımdır ki, ABŞ konqresmenləri öz fəaliyyətlərində, səfər istiqamətlərini və öz hədəflərini seçməkdə nisbətən azaddırlar. O baxımdan, həmin konqresmenin Şimali Kiprə səfər etməsinə xüsusi məna yükləmək doğru olmazdı.

Doğrudur, ABŞ konqresmenləri əksər hallarda öz xarici səfərlərini Dövlət Departamenti ilə razılaşdırırlar. Bununla belə, onların şəxsən israr etdikləri məqamlar, özəlliklə getmək istədikləri ölkələr də ola bilər. Ona görə də bu səfərdən uzağa gedən nəticə çıxarmağın tərəfdarı deyiləm.

Əlbəttə, bir ABŞ konqresmeninin Şimali Kiprə səfər etməsi yunanları qəzəbləndirməyə, onlarda etiraz doğurmaya bilməz. Bu, təbiidir. Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin bu səfərdən məmnun olması, onun əhəmiyyətini qabartması, konqresmeni layiqincə qarşılaması da çox normaldır. Ancaq dediyim kimi, bu səfəri ABŞ-nin Kipr məsələsinə münasibətinin dəyişməsi kimi qiymətləndirmək yanlışlıq olardı”.

Qeyd edək ki, bu, Seşnsin timsalında bir amerikalı siyasətçinin ŞKTC-yə gerçəkləşdirdiyi ilk səfər olaraq tarixə düşüb.

A.Zeynalov

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv