!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ yanlış siyasətindən geri döndü: "Qafqazda olmaq istəyən dövlət Azərbaycanın maraqlarını..."

!Reklam – Yazi

“Azərbaycanın dövlətlərarası münasibətlərdə istəyi ölkəmizin suveren hüquqlarına, ərazi bütövlüyünə, milli maraqlarına hörmətlə yanaşılmasıdır”.

Bunu ABŞ Dövlət katibi Entoni Blinkenin müavini Ceyms O’Braynın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin gərginləşməsi qarşı tərəfin ədalətsiz yanaşmasının nəticəsi idi:

“Azərbaycan hər bir ölkədən ədalətli yanaşma, beynəlxalq hüquq prinsiplərinə riayət edilən əməkdaşlıq formatı tələb edir. Təəssüf ki, bir müddət ABŞ Azərbaycanla münasibətlərdə düzgün dəyərləndirmə etmədi . Dövlət katibi Entoni Blinkenin prezident İlham Əliyevə telefon zəngi ABŞ-nin Azərbaycana qarşı sərgilədiyi siyasətdə müəyyən korrektələr etmək niyyətində olduğunu göstərdi. Çünki ABŞ müəyyən təsirlər altında ədalətsizlik etdiyini anladı. Hansı ölkə olmasından asılı olmayaraq, Qafqazda olmaq istəyən dövlət Azərbaycanın maraqlarını, ədalətli beynəlxalq hüququ nəzərə almalıdır.

Azərbaycanın dövlətlərarası münasibətlərdə istəyi ölkəmizin suveren hüquqlarına, ərazi bütövlüyünə, milli maraqlarına hörmətlə yanaşılmasıdır. Eyni zamanda, beynəlxalq hüquqa əsaslanan normalara riayət edilməsidir.

Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərini ABŞ-Azərbaycan münasibətlərində yumşalmaya xidmət edən məqam kimi dəyərləndirmək olar. Çünki onun özü “X” sosial platformasında bu səfəri və keçirdiyi görüşləri əhəmiyyətli və konstruktiv hesab etdiyini vurğulayıb.

Azərbaycan ABŞ ilə bir sıra ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq edir. Beynəlxalq dəhlizlərdə oynadığı rol və enerji sahəsində əsas təminatçı ölkələrdən biri kimi Azərbaycan ABŞ üçün vacib tərəfdaşlardan biridir. Eyni zamanda, ABŞ Qafqazda aparıcı aktorlardan biri olmaq istəyirsə, Azərbaycanla mübasibətlərə ciddi fikir verməlidir.

Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan Qərbin əsas enerji təhcizatçısı ölkələrindən sayılır. Hətta qarşıda enerji sahəsində əməkdaşlıqla bağlı inkişaf tempi gözlənilə bilər. Eyni zamanda, ABŞ-nin Qafqazda dayanıqlı sülh prosesində aktiv iştirakına da Azərbaycan dəstək verə bilər. Çünki Amerika Birləşmiş Ştatları hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində fəaliyyət göstərmək niyyətindədir. Ədalətli yanaşma olacaqsa, Azərbaycan bu məsələdə ABŞ ilə əməkdaşlığa hazırdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv