“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.
QSC-dan Yenicag.az-a verilən məlumata görə, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir
“Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq”, – məlumatda qeyd edilir.