!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeron sakinləri 15 gün susuz qaldı: Qurumdan AÇIQLAMA

!Reklam – Yazi

Abşeronda sakinlər su problemindən əziyyət çəkirlər.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Belə ki, Masazır qəsəbəsi Məmməd Araz küçəsində yaşayan sakinlər iddia edirlər ki, təxminən 15 günə yaxındır su normal qaydada verilmir.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, Masazır qəsəbəsi Məmməd Araz küçəsi və ona yaxın ərazilərə normal qaydada su verilir.

Məlumatda o da qeyd edilib ki, Abşeron Sukanal İdarəsinin əməkdaşları əraziyə bir daha baxış keçiriblər və problem olmadığı aşkarlanıb. Bildirilib ki, bu müddətdə “Azərsu” ASC-nin “955 Zəng Mərkəzi”nə həmin ərazidən suyun verilməməsi ilə bağlı müraciətlər araşdırılıb, kütləvi şikayət qeydə alınmayıb./Oxu.az/

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv