!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeron Təhsil İdarəsindən Mehriban Əliyevaya ŞİKAYƏT: "Uşağımız niyə rus bölməsinə götürülmür?"

!Reklam – Yazi

Abşeron – Xızı Regional Təhsil İdarəsindən (RTİ) rusdilli uşaq Babaxanov Əlixan Babaxan oğlunun rus bölməsinə qəbul edilməməsinə görə I vitse-prezident Mehriban Əliyevaya şikayət olunub.

Yenicag.az xəbər verir ki, Əlixanın ailəsi rus dilində sərbəst danışan övladlarının Abşeronda hər hansı məktəbdə rus sektoruna qəbul edilməməsi ilə bağlı Mehriban Əliyevadan kömək istəyib. Valideynlərin sözlərinə görə, Əlixan qabiliyyət imtahanından guya keçə bilmədiyi üçün rus dilində təhsil almaq imkanından məhrum edilib. Onlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin bu problemlə bağlı arqumentsiz bir açıqlama yaydığını xatırladaraq bildirirlər ki, Əlixanın rus bölməsində oxumaqdan məhrum edilməsinin əsası yoxdur. Hətta Əlixanın rus dilində necə rahat və sərbəst danışa bildiyini təsdiqləyən video çıxış da sosial şəbəkəyə yerləşdirilib. Həmin çıxışdan da görünür ki, balaca Əlixan rus dilini yaxşı bilir. Digər tərəfdən, rusdilli bir uşaq hansı sektorda təhsil almalıdır? Axı bunun alternativi yoxdur. Çünki Əlixan Azərbaycan dilində yaxşı bilmir.

Ailəsi bütün bu faktları əsas gətirərək Mehriban Əliyevadan bu məsələyə diqqət göstərməsini xahiş edirlər:

“Əziz Mehriban xanım, siz həmişə vətəndaşların müraciətlərinə həssaslıqla reaksiya verirsiniz, həllinə kömək edirsiniz. Əlixanın məktəbə getməsinə sayılı günlər qalıb, amma biz onu rus dili bölməsinə yerləşdirə bilmirik. Uşaq rusdillidir, amma qabiliyyət imtahanını bəhanə gətirirlər. Yaxşı, deyək ki, elədir, bəs rusdilli uşaq hansı sektorda təhsil almalıdır? Bizə Abşeron regiomal təhsil idarəsi kömək etmir. Ona görə də pənahımız Sizsiniz.

Hörmətli Mehriban xanım, Azərbaycanda rus dilinə xüsusi hörmət və ehtiram var. Yüzlərlə ailə övladının rus dilində təhsil almasını istəyir. Biz də Əlixanın məktəbə ilk addımlarını atmasını səbirsizliklə gözləyirik, bütün birincilərin valideynləri kimi… Ancaq gördüyünüz kimi, bizi ölkəmizdə təhsil almaq hüququndan məhrum ediblər, qanunu pozublar. Bu, Təhsil haqqında qanuna qarşı getməkdir. Odur ki, sizdən kömək gözləyirik, bizi və Əlixanı sevindirin”.

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv