Abşeronda 2 nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonunda 2 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.

Yenicag.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşların axtarışlarına başlanıb.

Əlavə məlumat veriləcək.

Yenicag.Az