!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeronda təhlükəli qırmızı palma böcəyi aşkar edildi

!Reklam – Yazi

Abşeron yarımadasının park və bağlarında, eləcə də fərdi və yaşıllaşdırma təsərrüfatlarında finik palmaları mühüm əhəmiyyət kəsb edir. Yüksək dekorativ gözəlliyə malik bu bitkiyə respublikamızda tələbat durmadan artır və onun idxal prosesini gücləndirir.

AMEA-dan Yenicag.az-a verilən xəbərə görə, Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının müdiri Şaməddin Qəhrəmanov bildirib ki, respublika ərazisinə idxal edilmiş bitki növləri ilə bərabər onların zərərli orqanizmlərinin də ölkə ərazisinə daxil olma ehtimalı çoxalır. Belə zərərvericilərdən biri də əvvəllər ölkə ərazisində heç vaxt qeydə alınmayan, çox böyük ehtimalla əkin materialı ilə gətirilən və finik palmalarına ciddi ziyan verən qırmızı palma böcəyidir (Rhynchophorus ferrugineus Olivier).

Yarımadada, qırmızı palma böcəyi çoxalaraq sürətlə yayılma imkanına malikdir. Belə ki, zərərverici aşkar olunduğu yerdən uçaraq digər ərazilərə keçir, su, külək, əkin materialı, kənd təsərrüfatı maşın alətləri və s. vasitəsi ilə yayılır. Ona görə də bu təhlükəli karantin zərərvericinin respublika ərazisində yayılmasının qarşısını almaq üçün mənbələri vaxtında aşkarlanaraq məhv edilməsi üçün mübarizə tədbirləri həyata keçirilməlidir. Abşeron yarmadası və Bakı şəhərinin yaşıllaşdırılmasında finik palmaları geniş istifadə olunduğuna görə ilk növbədə həmin ərazilərdə fitosanitar monitorinqlər aparılıb.

Zərərverici ilə güclü sirayətlənmiş 3 ədəd yaşlı finik palması kəsilərək ərazidən çıxarılıb və yandırılıb. Nisbətən zəif sirayətlənmiş 2 ədəd palma bitkilərində sistem təsirli kimyəvi preparatlardan istifadə edərək zərəvericinin ocağı məhv edilərək bitkilər müalicə olunub. Kimyəvi mübarizə məqsədilə imidakloprid (hekvidor) və xlorpirifos (priban) tərkibli preparatlardan istifadə olunub. Zərərvericiyə qarşı mübarizə məqsədi ilə ölkə ərazisində daxili karantin tədbirlərinə ciddi əməl olunması tələb olunur.

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv