!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Absurd reallıqda xoşbəxt olanlar və təbrik - Aqil Bəkir yazır

!Reklam – Yazi

Zəngəzur yox, Zəngəzur dəhlizi

Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra yenə əksəriyyət eyforiyaya düşüb. Prezidentin söylədiyi fikirlərə istinadən, “Zəngəzur bizimdir!”-filan tipli cümlələr yazırlar.

Mənə görə, bu qədər sevincə qatılıb heç bir siyasi dəyəri olmayan cümlələr yazmağın heç yeri yoxdur. Zəngəzur bizim olub, ancaq tarixdə. İndi isə başqa bir ölkənin rəsmi ərazisidir. Ona görə də Zəngəzurun bizim olacağını səsləndiriənlər ölkəmizin işğalçı statusuna düşəcəyini ya fikirləşmirlər, ya da yaratdıqları absurd reallıqda xoşbəxtdirlər.

Mövlud Çavuşoğluya qarşı yersiz aqressiya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərdən dolayı onu linç edənlər, “Əsl simanızı göstərdiniz”, – deyənlər, görəsən, sabah-o biri gün Azərbaycan-Ermənistan əlaqələri bərpa ediləndə hansı reaksiyanı verəcəklər? Siyasət hisslərdən uzaqdır. Hissə qapılıb nə isə söyləməyək ki, sabah tüpürdüyümüzü yalamayaq.

Plagiat, plagiat, plagiat

Daha çox, elmi cameədə rast gəldiyimiz plagiat jurnalistikaya da ayaq açıb. Reportajlarda, köşə yazılarında yer verilən plagiat halları bu mərədin nə olduğunu aydınlaşdırmaq zərurəti yaradır.

Plagiat – yazının müəllifinə istinad etmədən onun işini öz orijinal işi kimi təqdim etməyə deyilir. Plagiat istinad ediləndə və ya edilməyəndə ortaya çıxır. Başqa müəlliflərin sözlərini, yaxud fikirlərindən istifadə edəndə ya sitat gətirir, ya parafraz edir, ya da ümumiləşdiririk. Əndazə aşılanda olur gül kimi plagiat. Yəni “Cümləbəcümlə köçürməmişəm ki” məntiqi plagiata sığmır.

Ramiz Rövşən

Bu gün müasir Azərbaycan poeziyasının sütunlarından olan Ramiz Rövşənin 75 illik yubileyidir. Sözü dəyərə mindirən şairi təbrik edir, ona sağlıq və ilham arzulayıram. Yaradın, şair!

Şairi öz şeiri ilə təbrik edim ki, bəlkə, dünyamız təmizlənə:

Gecə yağış yağar – qəmlə köklənən,
Bir şair qəlbini əzizləməkçin.
Gecə yağış yağar – gündüz çirklənən,
Günahkar dünyanı təmizləməkçin.

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv