!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Academix”in təşkilatçılığı ilə Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anıldı

!Reklam – Yazi

“Academix”in təşkilatçılığı ilə Gürcüstanda 9 Aprel qurbanlarının xatirəsi anılıb.

Yenicag.az xəbər verir ki, “Academix” İnkişaf və Karyera Mərkəzinin təşkilatçılğı ilə, Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil işçiləri Gürcüstan parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Nümayəndə heyyəti 9 Aprel qurbanlarının xatirəsini anıb, Şota Rustaveli prospektindəki abidə önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, 1989-cu il aprelin 9-da Tbilisidə baş verən faciədən 33 il ötür. Həmin gün sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb.

1989-cu il 9 Aprel faciəsi zamanı 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, 3500 nəfər kimyəvi qazdan zəhərlənib.

Gürcüstanda 9 Aprel tarixi Milli Birlik Günü, həmçinin müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd edilir.

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv