!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Access bars”, “reiki” və digər yeni terapiya metodları: Müalicə üsulu, yoxsa saxtakarlıq? - AÇIQLAMA

!Reklam – Yazi

İnsanlar depressiv anlarda, streslə üzləşdikdə və yaxud da sadəcə danışmağa ehtiyacları olanda psixoloqlara üz tuturlar. Onlar isə öz seanslarına qəbul edirək, probleminizin həll yolunu araşdırır və sizi düzgün istiqamətləndirməyə çalışır. Bu tip seanslarda, adətən, müxtəlif terapiya yollarından istifadə olunur. Məsələn, hipnoz, koqnitiv terapiya, sistemik terapiya, psixoanalitik terapiya və s. növlərdən istifadə olunur.

Amma son dövrlərdə populyarlaşan yeni terapiya üsulları vətəndaşları daha çox cəlb edir. Sosial şəbəkələrdə də tez-tez paylaşılan bu metodlara “thetahealing”, “access bars”, “reiki” və “bioenerji” daxildir.

Bəs, sözügedən terapiya növləri həqiqətən yararlıdır? Sadalanan metodlar psixologiya elmində sübut olunub?

Bütün bu məsələlərdə bağlı Yenicag.az-a açıqlama verən psixoterapevt İlkin Kazımlı bildirib ki, psixoterapiya çox geniş bir sahədir və burada müxtəlif növlər var:

“Terapiya – psixoterapiya ixtisası keçən psixoterapevtlər tərəfindən tətbiq olunan planlı və ardıcıl müalicə üsuludur. Psixoterapevtlər koqnitiv gedişatı planlı və sistematik bir formada analiz edən ruh biliciləridir. Terapiyanın daxilində isə həmin terapiyaya yardımçı texnikalar vardır ki, bunlar da “thetahealing”, “access bars”, “reiki” və sair üsullardır. Həmin üsullar insanda olan psixoloji pozuntuları aradan qaldırmır, sadəcə anlıq təsir göstərə bilər və o effekt adi ünsiyyət vasitəsi ilə də ola bilər. Pasientlərdə özünü inandırma vəziyyəti “plaseba” metodu adlanır, insan bu halda özünə təlqin edə bilər ki, hər hansı bir terapiya mənə təsir edə bilər. Amma əsaslı terapiyalar daimi effekt göstərir, düşüncələri və duyğuları korreksiya edir. Pasiyentlərə keçirilən terapiyaları yalnız diplomlu psixoloqlar edə bilər. Amma digər seansları evdar xanımlar belə öyrənib tətbiq edirlər”.

Psixoloq Günel Xəlilova isə qeyd edib ki, sözügedən terapiya növləri bir müddətlik də olsa müsbət təsir göstərir:

“Psixologiya elmində bu metodların adı şüuraltı çalışma adı altında keçir. Bəli, bu seanslar yararlı terapiya növüdür, amma ömürlük deyil. Qalıcı terapiya növü psixoanalizdir. Bu metodlar isə anında effekt verir, lakin davamlı olmur. Bu terapiya növləri travmanın hansısa formada yüngülləşməyinə və neytrallaşmağına kömək edir. Yəni travma və yaxud stres yaşadığımız anda “thetahealing”, “access bars” kimi metodlar təsir göstərir, amma daha sonra yenə bu halları yaşadığımız anda professional terapiya lazım olur”.

Şəhanə Paşa

www.yenicag.az

1680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv