!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Açıq görünür ki, Rusiya üçtərəfli razılaşmaların yerinə yetirilməsini ləngitməyə çalışır” - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsəydi, indi regionda çox fərqli şərait yaranardı”.

Bu fikirləri Moskvanın Qarabağ razılaşmaları çərçivəsində Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli anlaşmalarının tam həcmdə həyata keçirilməsini yubatmağa çalışdığını vurğulayan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya əsas diqqətini Ukraynaya yönəltdiyi üçün Cənubi Qafqazda onun mövqelərini zəiflədəcək gedişatın olmasını istəmir:

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr bəyanatında əks olunmuş müddəaların hələ də yerinə yetirilməməsi Azərbaycan-Ermənistan sərhədində və Qarabağda separatçıların yerləşdiyi ərazilərdə gərginliyin yaranmasının əsas səbəbidir.

Təbii ki, Ermənistan təqribən son ilyarımlıq müddətdə həmin bəyanatla üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsəydi, bu gün regionda çox fərqli şərait yaranardı və əsas müzakirə mövzusu bölgə ölkələrinin çoxtərəfli əməkdaşlığı olardı.

Ancaq, təəssüf ki, Ermənistanın pozucu mövqeyi üzündən hazırda vəziyyət fərqlidir. Əlbəttə ki, İrəvanın bu destruktiv davranışı Rusiyanın açıq-gizli himayəsi ilə bağlıdır. Əgər Moskva üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsində qətiyyətli olsa, o halda Ermənistan buna qarşı çıxa bilərdimi? Təbii ki, yox.

Doğrudur, bu aralıqda üçtərəfli razılaşmalarla bağlı bəzi təmaslar olur, birgə komissiyanın iclasları çağırılır. Lakin indiki şəraitdə belə görünür ki, bütün diqqəti Ukraynada başladığı müharibəyə yönələn Rusiya üçtərəfli razılaşmaların yerinə yetirilməsini ləngitməyə çalışır. Ona görə də proses arzuedilən sürətlə getmir”.

A.Zeynalov

www.yenicag.az

1954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv