!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Açıqlaması ilə gündəm olan aparıcı istefa verdi: “Bunu demək mənim üçün...” - VİDEO

!Reklam – Yazi

“Show TV”nin xəbər aparıcısı Dilarə Göndər gündəmə gələn açıqlamasından sonra çalışdığı vəzifədən istefa edib.

Yenicag.az xəbər verir ki, bu barədə aparıcı “Twitter” hesabında məlumat verib.

O, paylaşımında, “Yazmaq çətindir, istefa etdim. Bütün iş yoldaşlarıma və bu günə qədər mənə bu fürsəti verən “Ciner Media” kollektivinə təşəkkür edirəm”- deyə bildirib.

Qeyd edək ki, o bir neçə gün əvvəl geologiya mühəndisi Ziyadın Çakırı qonaq olaraq dəvət etdiyi canlı yayımda bütün sosial şəbəkələrdə viral olan açıqlamalar işlədib. Zəlzələ zamanı çökən binalar haqqında üzüntüsünü dilə gətirən D. Göndər, “Bu qədər ölümlü bir dərs olar?”, “1999-cu ildə yaşanan zəlzələdə yetəri qədər dərs almadıq?”, “Ölümünüzü 2 milyona alırsınız”, – ifadələri ilə hər kəsin diqqətini cəlb edib.

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv