!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ad günü”ndə susmayan “Tütək səsi” - Filmləri özündən daha məşhur olan ADAM – Cəvahir Nehru yazır

!Reklam – Yazi

Özündən söz etdirən bir çox aktyorların arzusu idi ki, onun filmində rol alsın. Çünki çəkdiyi hər film Azərbaycan kinosunun şedevrinə çevrilirdi.

Amma o da hər aktyoru filminə çəkməzdi, çünki seçici idi. Özünün seçdiyi və sevdiyi akyorlar vardı… Elə filmləri də seçilirdi. Daşıdığı məna yükü, məzmunu və qayəsinə görə.

Bütün filmlərinin mərkəzində insan xarakteri, insani münasibətlər, dəyərlər, dərin düşüncələr dayanırdı. Dostlarının sadəcə, “Ocaqov”, – deyə müraciət etdikləri Rasim Ocaqovdan danışıram…

Azərbaycan milli kino tarixinə “Tütək səsi”, “Ad günü”, “Otel otağı”, “Özgə ömür”, “Park”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” kimi filmlər bəxş edən Rasim Ocaqovun bu gün doğum günüdür.

Çəkiliş meydançasında nə qədər sərt, tələbkar olsa da, həyatda bir o qədər sakit, mülayim və mehriban idi. Ürəyi kino ilə döyünən Ocaqov əsl kino adamı idi. Qazandığı bütün nailiyyətlərə görə özünü bütünlüklə kinoya borclu sayırdı.

Təsadüfi deyildi ki, tez-tez bu kəlməni təkrar edirdi: “Filmlərim məndən məşhurdur”. Amma filmləri yalnız ona deyil, ümumilikdə milli kinomuza şöhrət qazandırmışdı.

Rasim Ocaqovun ömrü bu gün çəkdiyi filmlərdə davam edir. Hər dəfə “Tütək səsi”, “Ad günü”, “Otel otağı”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” və rejissorun həyat verdiyi digər filmləri ekrandan seyr etdikcə, onu hörmətlə xatırlayırıq. İnsan xatırlanırsa, deməli, ruhu da diridir. Yaşayır və kinosevərləri də yaşadır.

 

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv