!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adapteri “tok”a taxanda partlayış oldu - Ər-arvad öldü - YENİLƏNDİ

!Reklam – Yazi

Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.

Yenicag.az xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhranlı kəndində 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev və arvadı 35 yaşlı Şəbnəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriliblər. Lakin az sonra ər və arvadı vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Sonradan yanğına keçən partlayışda xəsarət alan şəxslər küçəyə çıxaraq kömək istəyiblər və qonşuları onları xəstəxanaya aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./olke.az

***

10:30

Kürdəmirdə intihar hadisəsi olub.

Yenicag.az xəbər verir ki, hadisə Çobanlı kəndində baş verib. 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev arvadı 35 yaşlı Şəbnəm Xidmət qızı Zərbəliyeva ilə birgə benzin tökərək özlərini yandırıblar.

Onlar aldıqları xəsarətlərdən yerləşdirildikləri xəstəxanada vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır./lent.az

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv