!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi yad edildi

!Reklam – Yazi

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, Universitetin professor-müəllim heyəti və faciə qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi 30 aprel terror qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə keçirilib. Abidənin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verərək 14 il əvvəl törədilmiş terror hadisəsindən danışıb və bu qətliam nəticəsində ADNSU-nun çox dəyərli müəllim və tələbələrinin həyatına son qoyulduğunu deyib. Faciə qurbanlarının xatirəsinin universitetdə daim əziz tutulduğunu qeyd edən rektor, professor Mustafa Babanlı universitetin Vətən müharibəsində şəhid olmuş 23 nəfər məzunun xatirəsinin də hər zaman dərin ehtiramla yad ediləcəyini bildirib.

Anım tədbirində 30 aprel hadisəsindən bəhs edən video-çarx nümayiş olunub. Sonra terror qurbanlarının ailə üzvləri həyatını itirmiş əzizlərinin xatirəsinin ADNSU-da daim yad edildiyinə görə universitet rəhbərliyinə təşəkkür edərək razılıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) 2009-cu il aprelin 30-da törədilmiş terror aktından 14 il keçir. Qanlı hadisə nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır xəsarət alıb. 2017-ci il fevralın 18-də ADNSU-nun terror aktının törədildiyi II tədris korpusunun foyesində hadisə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb və hər il aprelin 30-da – hadisənin baş verdiyi tarixdə, həmin saatlarda universitet rəhbərliyinin, rəsmi şəxslərin və terror nəticəsində həyatlarını itirmiş insanların yaxınlarının iştirakı ilə anım tədbiri keçirilir, terror qurbanlarının xatirəsi yad edilir.

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv