!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ADNSU ilə KOB Subyektləri və Klublarının Assosiasiyası arasında görüş keçirildi

!Reklam – Yazi

İyulun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova və bir qrup sahibkarlarla görüşüb.

Yenicag.az görüşün əsas məqsədi iki qurum arasında cari ilin mart ayında imzalanmış memoranduma əsasən görülmüş işlər və gələcək planların müzakirəsi idi.

Qonaqları salamlayan rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU ilə sahibkarlıq subyektləri arasındakı əlaqələrdən danışıb. Qeyd edib ki, universitetin sənaye müəssisələri ilə əlaqələrinin qurulması və inkişafı əsas məqsədlərdən biridir. KOB Subyektləri və Klublarının Assosiasiyası ilə cari ilin mart ayında imzalanmış “əməkdaşlığa dair memorandum“a əsasən əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən dosent Vazeh Əskərov assosiasiya ilə digər perspektiv layihələrin icrasında birgə fəaliyyətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu bildirən KOBSKA sədri Nigar Ələsgərova əməkdaşlıq çərçivəsində növbəti aylarda görüləcək işlərdən danışıb.

Belə ki, birgə layihələrin icrası, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, sənaye və univeristet əməkdaşlığına xidmət edən tədbirlərin icrası, sahibkarların iştirakı ilə master klasların təşkili, tələbələrin şirkətlərdə təcrübə keçməsi və işlə təmin olunması, startap ideyalarının uğurlu biznesə çevrilməsi və digər bu kimi layihələrin gerçəkləşməsində mövcud potensial haqqında məlumat verib.

Əməkdaşlığın daha geniş və əhatəli təşkili məqsədilə iki qurumun əməkdaşlarından ibarət işçi qrupun təsis olunması qərara alınıb.

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv