!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Adrian Mutu: “Məğlub olmağımız utancvericidir”

!Reklam – Yazi

“Məğlub olmağımız utancvericidir”.

Yenicag.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Çətin oyun idi, güclü rəqibə qarşı çıxış edirdik. Futbolçularım əzmkar mübarizə aparmağa çalışdılar. İrəlidə top saxlamağa çalışdıq, amma sonda məğlub olduq”.

Baş məşqçi hücumçularından daha yaxşı oyun gözlədiyini söyləyib: “Bu gün hücum xəttində olan bütün oyunçuları meydançaya buraxmışdım. Onlardan daha yaxşı performans gözləyirəm”.

O, Xankəndi yolunda baş verən qəzadə ağır xəsarət alan Peşəkar Futbol Liqasının əməkdaşlarına şəfa diləyib./Report/

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv