!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adrian Mutudan şəhidlərimizə ehtiram - FOTO

!Reklam – Yazi

“Neftçi”nin baş məşqçisi Adrian Mutu 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Rumıniyalı mütəxəssis özünün rəsmi “Facebook” və “Instagram” hesablarında üzərində Azərbaycan bayrağı və Xarıbülbül simvolunun əksi olan foto paylaşıb.

“Azərbaycan uğrunda döyüşən şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!” – deyə A.Mutu yazıb.

Rumıniya futbolunun məşhur simalarından olan Adrian Mutunun “Facebook”da 514 min, “Instagram”da 234 min izləyicisi var.
Qeyd edək ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycan 44 günlük Vətən müharibəsinə başlayıb. Müharibənin nəticəsində 30 ilə yaxın Ermənistan işğalında olan torpaqlarımız azad edilib.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv