!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Adsız qəhrəman”lara verilməyən VETERANLIQ STATUSU: “Tək ön cəbhədə döyüşənlərə yox...”

!Reklam – Yazi

“Bütün hallarda müharibədə ictimai əsaslarla döyüşən şəxslərin xidməti qiymətləndirilməlidir”.

Bu fikirləri 44 günlük müharibə zamanı döyüş əməliyyatlarında iştirak etməsə də, müharibəyə birbaşa aidiyyatı olan şəxslərə veteranlıq statusunun verilməməsinə münasibət bildirən hərbi ekspert Ramil Məmmədli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, yalnız hərbi əməliyyatların iştirakçılarına deyil, müharibənin gedişinə təsir etmiş sahələrdə çalışan vətəndaşlara da veteranlıq statusu verilməlidir:

“Vətən müharibəsindən sonra döyüşlərdə iştirak etmiş hərbi qulluqçulara müharibə veteranı statusu verildi. 3 ildən artıq müddət keçib, müharibədə təkcə ön xəttə döyüşən hərbi qulluqçular deyil, həm də bir sıra bölmələr və strukturlar var ki, onların da müharibənin təşkilində, aparılmasında əməliyyatların effektiv nəticələnməsində, mənfi halların aradan qaldırılmasında birbaşa iştirakı olub.

Bu sırada təminat-təchizat, təmir işləri, ərzaq təminatını həyata keçirən bölmələr, aşpazlar, eyni zamanda, tibbi personalın nümayəndələri bu kateqoriyaya aiddir. O baxımdan, döyüş zonalarında xidmət keçmiş məm hərbi-tibbi personala, həm də mülki tibb müəssələrinin əməkdaşlarına veteranlıq verilməlidir.

Müharibə zamanı onların fədakarlığının çox şahidi olmuşuq. Azərbaycan müdafiə sənayesi sektorunda çalışan qulluqçulara da veteranlıq statusu verilməsi zəruridir. İkinci Dünya müharibəsinin iştirakçıları da iki qrupa bölünürdü: ön cəbhədə döyüşənlər və arxa cəbhədə fəaliyyət göstərənlər. Arxa cəbhədə fəaliyyət göstərənlərə də xüsusi imtiyazlar tərbiq olunurdu.

Mövcud vəziyyətlə bağlı aidiyyatı strukturlar dövlət başçısı qarşısında müvafiq təkliflə çıxış etməlidirlər. Əminəm ki, bu təklif çox normal qəbul olunacaq. Ola bilsin, prezidentin də bununla bağlı əlavə təklif və tövsiyələri olacaq.

Bütün hallarda müharibədə ictimai əsaslarla döyüşən şəxslərin xidməti qiymətləndirilməlidir. Deyir, şam öz dibinə işıq vermir. Bu çərçivədə müharibənin işıqlandırılmasında xüsusi əməyi olan, ön cəbhədən reportajlar hazırlayan, mərmi altında, sığınacaqlarda işləyən media nümayəndələri də fərqləndirilməlidir.

İnformasiya müharibəsində fasiləsiz iştirak edən şərhçilərimizin gecə-gündüz çalışdıqlarını nəzərə alaraq onların da fəaliyyəti dəyərləndirilməlidir. Götürək elə Birinci müharibəni. Həmin müharibədə iştirak etmiş jurnailstlərə veteranlıq statusu verildi və onların arasında Milli Qəhrəman adına layiq görülənlər də var. Bütün bunlar həm də gələcək nəsillərin məlumatlandırılması və vətənpərvərlik ruhunda formalaşmaları baxımından, vacibdir”.

Səxavət Məmməd

www.yenicag.az

2053
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv