!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ADY Abşeron dairəvi dəmir yolu xəttində 07:50 qatarının hərəkətini bərpa edir

!Reklam – Yazi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Sumqayıtdan saat 07:50-də Pirşağı istiqamətində yola düşən qatarının hərəkətinin sentyabrın 15-dən etibarən bərpasına qərar verib.

Bu barədə Yenicag.az-a ADY-dən bildirilib.

Məlumata görə, sözügedən qatarın bərpası ilə əlaqədar olaraq hərəkət qrafikində bir sıra dəyişikliklər edilib.

Yeni qrafikə əsasən Sumqayıtdan saat 06:35-də, Bakıdan isə saat 07:30-da Xırdalan istiqaməti ilə, Sumqayıtdan saat 08:15-də Pirşağı istiqaməti ilə yola düşən reyslər ləğv edilərək əvəzində Sumqayıtdan saat 07:50-də Pirşağı istiqaməti ilə yola düşüb Bakıya saat 08:42-də çatan qatarın hərəkəti bərpa edilir.

Ləğv edilən reyslərlə bağlı bildirilir ki, Sumqayıtdan saat 06:35-də yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər alternativ olaraq Sumqayıtdan saat 06:20 və 06:45-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.

Bakıdan saat 07:30-da yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər isə alternativ olaraq Bakıdan saat 07:20-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər./report

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv