!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AES-də yanğın - Ukraynada / VİDEO

!Reklam – Yazi

Rusiya hərbçilərinin açdığı atəş nəticəsində “Zaporojye” atom elektrik stansiyasında yanğın baş verib.

Yenicag.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.

“Diqqət! Rusiyanın texnikası “Zaporojye” AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz “Zaporojye” AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.

Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.

“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində “Zaporojye” AES-i yanır!”, – mer bildirib.

Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətindən qeyd olunub ki, Enerqodar şəhərindəki yanğın saat 06.20-də (08.20 Bakı vaxtı) söndürülüb. Ölən və xəsarət alan yoxdur.

www.yenicag.az

686
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv