Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızının doğum günüdür.
Aktrisa təəssüratlarını Yenicag.az-la bölüşüb:
“Doğum günüm təmtəraqlı keçməyəcək, yalnız ailə daxilində qeyd olunacaq”.
Aktrisa ilk hədiyyəsindən danışıb:
“İllərdir ki, doğum günümdə ilk hədiyyəni özüm-özümə edirəm. Fransız ətri alıb saxlayıram və doğum günümdə açıb istifadə edirəm. Bu, unutmadığım adət-ənənəmdir. Bu dəfə də belə etdim. Daha sonra həyat yoldaşım və digər doğmalarımdan hədiyyələr aldım”.
Allahdan ən böyük hədiyyəsini alan A.Bəşirqızı Tanrının ona bəxş etdiyi xüsusi vergiyə görə də minnətdarlıq etdi:
“Allahdan ən böyük hədiyyəm gözəl ailəm, yaxşı həyat yoldaşı və oğul, gələcəyinə çox böyük ümid bəslədiyim nəvələrimdir. Allahımın mənə bir vergisi olub-xüsusi istedad. Buna görə məni insanlar içərisində fərqləndirib. Ona minnətdaram”.
Cəvahir