“Kino fəaliyyəti ilə məşğul olan iri şirkətlərə, qurumlara üzv olmaq lazımdır. Çünkü onlar layihəni həm maliyyələşdirir, həm də festivallara göndərib, təbliğatnı aparırlar. Bir faktdır ki, bu gün peşəkarlıq baxımından axsayırıq”.
“Mart ayından bəri teatra getməmişəm. Karantinə görə yarımçıq qalan tamaşalarımız var. Teatr üçün çox darıxmışam, inanın özümü sudan çıxarılmış balıq kimi hiss edirəm. Yaradıcı insan üçün bu, çox ağırdır”.
"Tovuz döyüşlərində, eləcə də ümumən Qarabağ uğrunda döyüşüb, qəhrəmancasına həlak olan şəhidlərimizin həyatı ekranlaşdırılmalıdır. Necə ki, Mehdi Hüseynzadə haqqında çəkilən filmə baxıb, onu bir qəhrəman kimi sevirlər, unutmurlar, milli qəhrəmanlarımız haqqında da da elə keyfiyyətli filmlər çəkilməlidir ki, gələcək nəsillərə örnək olsun".
"Bu gün cəbhədə döyüşlər gedən bir vaxtda telekanallarımızda yalnız hərbi vətənpərvərlik mövzusunda verilişlər, filmlər nümayiş olunmalı, musiqilər səsləndirilməlidir".
"Məni ən çox əsəbiləşdirən bəzi aparıcıların efirdə şit-şit hərəkət etməsidir. Verilişə dəvət etdiyi müğənni mahnı oxuyur, bu da düşür ortalığa, ona qoşulub oynayır".