!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Afaq Bəşirqızının “aktyorlara ev tikilsin, maaşları artırılsın” təklifinə REAKSİYA - Azər Aydəmir

!Reklam – Yazi

“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda Xalq artisti Afaq Bəşirqızının “aktyorların maaşı artırılsın, onlara evlər tikilsin” təklifi sənət camesində müsbət qarşılanıb.

Yenicag.az-a açıqlama verən aktyor Azər Aydəmir xalq artistinin bu təşəbbüsünü alqışlayıb.

“Çox gözəl təklifdir. İmkan, şərait varsa, aktyorlar öz güzəranlarını qurmalıdır. Teatr və kinomuz inkişaf mərhələsindədir. Amma o inkişaf mərhələsi də müəyyən vaxt alır. Çünki aktyorlarımız arasında yaşlı nəslin nümayəndələri var. Ahıl, həm də illərini sənətə qurban verən insanları nəzərdə tuturam. Bu intibah dövrünü səbrlə gözləməyənlər də ola bilər. Onların günahı deyil ki, 10-15 il bundan əvvəl müəyyən durğunluq olub. Əlbəttə ki, təşəbbüs yaxşıdır. Bu 20-30 ildə olan durğunluğa xatir imkan varsa, niyə də yox”.

Cəvahir

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv