!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Afət Fərmanqızı TANINMAZ HALDA: Görənləri heyrətləndirən FOTO

!Reklam – Yazi

Xeyli çəki atan müğənni Afət Fərmanqızı tanınmaz hala düşüb.

Yeniçag.az xəbər verir ki, yeni görkəmdə çəkilən fotosunu özünün “Instagram” hesabında paylaşan müğənnini izləyiciləri tanımayıblar.

Müğənni hansı vasitə ilə arıqlamasının sirrini də açıqlayıb:

“Necə arıqlamışam? Bir həftədir, yemək yemirəm, çörəkdən imtina etmişəm. Hər şey insanın öz əlindədir. Kim nəfsinə sahib çıxa bilirsə, istədiyi çəkini əldə edə bilər”.

Foto sosial şəbəkə izləyiciləri arasında müzakirəyə səbəb olub. Bəziləri onun gözəlliyinə tərif yağdırıb:

“Afəti 20 il əvvəl Şamaxıda toyda görmüşəm, yenə həmin adam, həmin gözəllikdədir”.

Bir çoxları isə onun Afət olduğuna inanmadıqlarını yazıblar: “Bu, Afət deyil. Vallah, tanıya bilmədim. Yaşlananda arıqlamaq yaraşmır…”

Müğənni “indi çəkiniz nə qədərdir” sualına “62 kilo”, – deyə cavab verib.

Fotonu təqdim edirik:

Nehru

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv