!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA bu klubları cəzalandırdı

!Reklam – Yazi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Yenicag.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

“Səbail” – “Qarabağ” oyununda kənar şəxslər meydançaya daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilib.

“Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.  “Kəpəz”in oyunçusu Elçin Əlicanov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

“Kəpəz”in  oyunçusu Giorgi Kantariya ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib. Komandanın digər futbolçusu Mixeil Erqemlidze oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.  Ümumilikdə isə “Kəpəz” klubu bir oyunda 3 qırmızı vərəqə ilə cəzalandığı üçün klub 4800 manat cərimə edilib.

“Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.  “Zirə” komandasının oyunçusu Coşqun Diniyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb və klub 1600 manat cərimə edilib. Bu komandanın digər oyunçusu Nemanya Andelkoviç rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimələnib.

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv