!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA bu klubları cəzalandırdı

!Reklam – Yazi

AFFA İntizam-komitəsi Azərbaycan II Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Hypers” – “Şəfa” matçında baş verən hadisələrə görə hər iki klubun cəzalarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, oyununun 90+4-cü dəqiqəsində “Hypers” komandasının heyətində Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.

“Şəfa” komandasının üzvü Nicat Abbasov da eyni hərəkətə görə cəzaya məruz qalıb. O, qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya edilib, komandası 300 manat cərimə olunub.

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv