Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

AFFA-dan sərt cəzalar - Qəbələdəki davaya görə

Reklam: Sinerji Pro

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra müvafiq qərarlar çıxarıb.

Məlum olub ki, “Qəbələ”nin futbolçuları Qismət Alıyev, Cavid Hüseynov, “Zirə”nin futbolçuları Riçard Qadze, Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub.

Bundan başqa, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

İK “Qəbələ” klubunu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimələyib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunur

Bundan başqa, “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

www.yenicag.az

2569
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM