!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələnin baxımsız parkları: Sökülmüş skamyalar, zibilə qərq olmuş yaşıllıqlar – REPORTAJ / FOTOLAR

!Reklam – Yazi

Qəbələnin zibil və zibil qabı problemi ilə bağlı yayımlanmış yazının davamı olaraq bugünkü yazıda rayondakı parkların durumunu ələ alırıq.

 

Fotosunu təqdim etdiyimiz skamyalar Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında salınmış kiçik parkdandır. Göründüyü kimi, skamyalar oturulacaq halda deyil və ərazi baxımsız vəziyyətdədir. Rayonun gedişli-gəlişi və hər zaman canlı hissəsindəki kiçik parkın bu vəziyyəti acınacaqlı olmaqla yanaşı, aidiyyəti qurumların yarıtmaz fəaliyyətinin və ya fəaliyyətsizliyinin bariz nümunəsidir. Hələ bunun üzərinə rayonu cənginə almış saralmış yarpaqları da gəlin.

Bura isə İsmayıl bəy Qutqaşınının heykəlinin olduğu kiçik parkdır. Qəbələ Rayon Məhkəməsinin yeni binasının tam qarşısında yerləşən məkana yalnız balaca bir zibil qabı qoyulub. Nəticədə belə bir mənzərə ortaya çıxır. Qəbələnin dünyaca məşhur yazıçısı da sanki bu situasiya qarşısında gileyini ifadə edir.

Bu skamya da eyni parkdandır. Rəngi getmiş, qopuq və çürük taxtadan skamya…

Bu ağaclar RİH binasının tam qarşısı, onun ərazisindədir. Ağacların dibi, üstü butulka və müxtəlif kağızlar, siqaret qutu və kötüklərilə doludur. Məncə, RİH binasının qarşısı bu vəziyyətdədirsə, digər ərazilərin durumunu təxmin etmək bir o qədər çətin olmamalıdır.
Həmçinin salınmış yaşıllıqlar baxımsızlıqdan, susuzluqdan saralıb, səkilər otlar tərəfindən “işğal edilib”.

Qəbələdəki hərbi şəhərciyin ruslar buranı tərk etdikdən sonrakı vəziyyəti isə heç də ürəkaçan deyil. Şəhərciyi ot basıb, mal-qaranın sevimli yerinə çevrilib. Şəhərcikdə rus zabitlər yaşadığı dönəmdə oranın ehtişamını görməliydiniz… İndi isə uşaqlar üçün olan ərazilərə ot üzündən, ilan təhlükəsindən girmək belə mümkün deyil…

Ən böyük park olan Zərifə Əliyeva adına Parka yolum düşmədiyindən oradakı vəziyyətdən xəbərdar olmadığımı da qeyd etməliyəm.

Bəli, əziz oxucular. Qəbələnin halı ilə sizi qısa da olsa, tanış etdim. Baxımsızlıq, etinasızlıq rayonu yaman hala salıb. Mənim üçün artıq çətin də olsa, inanmaq istərdim ki, Qəbələ RİH, heç olmasa, bundan sonra insafa gəlib rayona xüsusi diqqət ayıracaq. Yoxsa prezident Qəbələdən keçəndən-keçənə təmizlənən rayon bizim nəyimizə?!

Aqil Bəkir

www.yenicag.az

713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv