!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA dörd komandaya texniki məğlubiyyət verdi

!Reklam – Yazi

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandaya texniki məğlubiyyət verib.

Yenicag.az xəbər verir ki, bunlardan ikisində komandalardan biri təyin edilən vaxtda meydana çıxmayıb, ikisində isə heyətdə yetərsay olmayıb.

U-10 Liqasında “Lokomotiv” (Ucar) – “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) – “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda meydanda olmayıblar.
U-10 Liqasında “Metak”la görüşdə “Şahdağ”ın, “Universal” FA ilə qarşılaşmada isə “Modern”in heyətində yetərsay olmayıb.

Nəticədə AFFA İntizam Komitəsi “Lokomotiv”, “Hacıqabul-Şərq”, “Şahdağ” və “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət verib.

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv