!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AFFA Gəncədəki dava ilə bağlı qərar verdi

!Reklam – Yazi

AFFA İntizam Komitəsi mayın 8-i AFFA U-16 Liqasında keçirilən “Kəpəz” – “Qəbələ” oyununda yaşanan insidentlə əlaqədar qərarlar çıxarıb.

Yenicag.az xəbər verir ki, buna matçından sonra qonaq komandanın bəzi futbolçularının döyülməsi səbəb olub. Qərara əsasən, oyun vaxtı rəqib oyunçu və hakimi təhqir etdiyinə görə “Kəpəz”in 2 futbolçusu 3 və 4 oyun, 2 oyunçusu rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanıb. Bu cəza bütün liqalara şamil edilir.

Bundan başqa, oyun bitdikdən sonra “Kəpəz” PFK U-16 komandasının 2 azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq “Kəpəz” PFK U-16 komandası 500 manat cərimə edilib. Bundan başqa, “Kəpəz” PFK U-16-nın növbəti 10 ev oyunu azarkeşsiz keçiriləcək.

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv