!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA “Zirə”nin şikayətini qismən təmin etdi

!Reklam – Yazi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı futbolçu Pyer Zebli ilə bağlı “Zirə”nin apellyasiya şikayətini qismən təmin edib.

Yenicag.az qurumun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzasının çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib.

Oyunçuya şərti cəzanın çəkilməsinə görə 3 ay sınaq müddəti təyin edilib. Futbolçu bu müddət ərzində törədilən qayda pozuntusuna görə əlavə 1 oyunluq cəza alacaq. “Zirə”nin 1500 manat məbləğində cərimələnməsi qüvvədə saxlanılıb.

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv