!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afina silahlandırılır: "Yunanıstan nə qədər hoppanıb-düşsə də..." - Politoloq

!Reklam – Yazi

“NATO imkan verməz ki, öz daxilindəki iki dövlət – Yunanıstan və Türkiyə bir-biri ilə müharibə aparsın”.

Bunu Yunanıstanın İran və Türkiyəyə qarşı atdığı addımlar, rəsmi Afinanın silahlandırılması və bölgədəki gərginliyin artmasını şərh edən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Ermənistanın bizim regiondakı “missiya”sını, Yunanıstan da öz bölgəsində davam etdirir:

“Yunanıstan çox ciddi silahlandırılır. ABŞ Yunanıstana F-35 təyyarələr verir. Belə demək mümkündürsə, ABŞ və Fransa oyuncaq dövləti Türkiyəyə qarşı yönədirlər. Hər kəs bilir ki, Yunanıstan Türkiyə ilə müharibə aparacaq dövlət deyil. Adalar və adaların sahil sularının statusu məsələsi var. Bu yöndə çəkişmələr davam edəcək. Zənnimcə, Türkiyə Egey dənizindəki bəzi adalar ətrafındakı iddiasından əl çəkməyəcək və onun uğrunda mübarizə aparacaq. Yunanıstan nə qədər hoppanıb-düşsə də, militarist bəyanatlar versə də, istədiklərini həyata keçirmək imkanına malik deyil. Türkiyənin zərbəsindən sonra geri çəkiləcək.

Hələ ki məsələlər diplomatik yolla həll edilməyə çalışılır. NATO üzvləri də bu məsələdə vasitəçilik səyləri göstərir. Nəticə nə olacaq, bunu görəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv