!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afrikada BÖHRAN: Quraqlıq əhəmiyyətli məhsul itkisinə SƏBƏB OLDU

!Reklam – Yazi

Afrikanın cənubundakı quraqlıq artıq Botsvana, Zambiya, Zimbabve, Namibiya və Cənubi Afrikada taxıl və digər məhsullarda böyük itkilərə səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.

Zambiya hakimiyyəti fevralın 29-da şiddətli quraqlıq səbəbindən milli fəlakət rejiminin tətbiq olunduğunu elan edib.

Afrika ölkəsinin prezidenti Hakainde Hiçilemanın sözlərinə görə, yağışın olmaması səbəbindən əkin sahələrinin 45%-ə qədəri məhv olub.

Zimbabve və Cənubi Afrikadakı fermerlər əhəmiyyətli məhsul itkiləri barədə məlumat verirlər. Nəticədə Afrikanın cənubunda dənli bitkilərin və bəzi ərzaq məhsullarının qiyməti qalxır.

Fevral ayında Botsvana, Zambiya və Zimbabve rekord sayda az yağış yağıb.

Mütəxəssislər hesab edirlər ki, Afrikanın cənubunda yağışın olmaması “El Nino” təbiət hadisəsinin nəticəsidir.

Cənubi Afrika Meteorologiya Xidmətinin məlumatına görə, fevral ayında qitənin cənubundakı ölkələrdə havanın temperaturu bu ay üçün orta səviyyədən 4-5 dərəcə yüksək olub.

Xuraman Etibarlı

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv