!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afşin Azəri Bakıya gələcək

!Reklam – Yazi

Hazırda İrandayam, on beş gündən sonra Bakıya qayıdacam. İndi Ərdəbil və Təbrizdəki solo konsertimlə məşğulam.

Yenicag.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında tanınmış güneyli müğənni Afşin Azəri deyib.

O bildirib ki, bir neçə rayonda artıq yekunlaşan konsertə maraq böyükdür:

“Parsabadda, Biləsuvarda, Urmuda konsertlərim yekunlaşdı. Bu gün Ərdəbildə konsertim olacaq. Demək olar ki, bilet qalmayıb və bütün yerlər alınıb. Növbəti konsertim Təbrizdə olacaq və ora da biletlər qalmayıb. Solo konsertlə zal doldurmaq hər müğənninin işi deyil. Təbriz kimi yerdə xalq hər konsertə bilet alıb getməz. Hətta bir çox müğənni konsert vermək istəyib, lakin alınmayıb. Güney Azərbaycan xalqı məni sevir və mahnılarımı bəyənir”.

Afşin Azəri konsert biletlərinin qiymətlərindən də danışıb:

“Bilet qiymətləri şəhərlərə və yerlərə görə dəyişir. Ortalama qiymət isə 40-80 manat arasıdır. Gündə 2400 bilet satılır. Üç gündə 7 mindən çox bilet edir. Konsertimə iki həftə qalmış bütün yerlərə biletlər satılır”.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv