!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ağ Ev”də çevriliş hazırlığı?

!Reklam – Yazi

“Ağ Ev”də bir qrup şəxs ABŞ prezidenti Donald Trampı vəzifədən uzaqlaşdırmağın yollarını axtarır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, belə bir iddia ilə Tramp administrasiyasının kommunikasiya üzrə direktoru Anthony Scaramucci çıxış edib.

Ötən ay kommunikasiya direktoru vəzifəsinə təyin olunan və 10 gün sonra istefa verən Scaramucci bu hadisədən sonra ilk dəfə ABC News-a danışıb.

Onun sözlərinə görə, “Ağ Evdə” bəzi işçilər Trampla eyni maraqlara sahib deyillər:

“Vaşinqtonda, xüsusilə də “Ağ Ev”də prezidentlə eyni mövqeyi bölüşməyən və fərqli maraqlara sahib çalışanlar var. Prezident oturaq siyasi quruluşun təmsilçisi deyil. Dolayısıyla, insanlar onu iqamətgahından çıxartmağa dair qərar qəbul edib. Vaşinqtonda və eyni zamanda “Ağ Ev”də prezidentin maraqlarını və ya gündəmini təqib etməyən ünsürlər var”.

Yenicag.az

www.yenicag.az

1121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv