!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağ Evi özündən çıxaran “klassik rus ritorikası”: Vaşinqton Putinin iddialarını rədd edir

!Reklam – Yazi

ABŞ rəsmisi Dağıstanın paytaxtı Mahaçqalanın hava limanında antiİsrail iğtişaşlarının Ukrayna və Qərb tərəfindən təşkil edilməsinə dair iddialarını “absurd” adlandırıb.

Yenicag.az “CNN”ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Mahaçqala olaylarının “Rusiyada xaos yaymaq” cəhdinin bir hissəsi olduğu haqda fikirləri əks-reaksiya ilə qarşılanıb.

Kremlin sözçüsü Dmitri Peskov da jurnalistlərə açıqlamasında məlum hadisəni “təxribat” kimi qiymətləndirib:

“Qəzza zolağında baş verənlərin dəhşətini – insan ölümlərini əks etdirən televiziya görüntüləri fonunda düşmənlərin vəziyyətdən sui-istifadə etmələri və təxribat törətmələri çox asandır”.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi isə Ağ Evdə keçirdiyi brifinqdə Rusiyanın sözügedən iddiaları ilə bağlı sualı cavablandırarkən, situasiyanı “klassik rus ritorikası” adlandırıb.

O, Rusiya rəsmilərinə xitabən bunları deyib:

“Ölkənizdə nəsə düz getməyəndə, başqalarını günahlandırırsınız. Qərbin bu hadisələrlə heç bir əlaqəsi yoxdur. Bu sadəcə olaraq, nifrət, təəssübkeşlik və qorxudur”.

Kribi əlavə edib ki, Mahaçqala hava limanında baş verənlər 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində baş verən qırğınlarla müqayisə oluna bilər.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv