!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağac aşdı, 150 ailənin yolu bağlandı

!Reklam – Yazi

Masallıda 150 ailənin istifadə etdiyi yol bağlanıb. Ərazidə polis xidmət aparır.

Yenicag.az AZƏRTAC-a istinadla xəbər verir ki, axşam saatlarında Masallı rayonunun Mollaoba kəndi, Nəriman Nərimanov küçəsində iri gövdəli ağac aşaraq kənd sakini Səidə Məmmədtağı qızı Məmmədovaya məxsus evinin damının üstünə düşüb. Evin damına, həyətdə olan yarımtikiliyə, hasara, eləcə də ərazidən keçən kommunal xətlərə, elektrik dirəklərinə ciddi ziyan dəyib. Həmçinin 150 ailənin istifadə etdiyi yol bağlanıb.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda ərazidə polis əməkdaşları xidmət aparır. Yolda qəza hadisəsinin baş verməməsi və nəqliyyatın alternativ yola yönləndirilməsi istiqamətində işlər görülür.

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv