!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağacları qanunsuz kəsən şəxsin məhkəməsi başlayır

!Reklam – Yazi

Şirvan şəhərində ağacları qanunsuz kəsən şəxsin məhkəməsi başlayır.

Bu barədə Yenicag.az-a şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, şəhərin Gülbala Şıxbalaoğlu küçəsi, 4 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla Şirvan şəhər sakini Zahid Babayevin müvafiq icazə almadan tamah məqsədilə qeyd edilən ərazidə olan, meşə fonduna daxil olmayan 3 ədəd ağacı qanunsuz kəsməsi nəticəsində təbiətə ümumilikdə 2900 manat məbləğində maddi ziyan dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Zahid Babayev Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilib.

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv