!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağacların qanunsuz kəsilməsilə bağlı cinayət işləri başlandı

!Reklam – Yazi

Baş Prokurorluğa daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Yenicag.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilmişdir ki, Lənkəran rayonunun Bürcəli kəndində, Balakən rayonunun Püştətala kəndində, Zərdab rayonu, İsaqbağı kəndində meşə fonduna daxil olmayan və Oğuz rayonu ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 49 min manat ziyan dəyib.

Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmişdir

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv