!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağadadaş Ağayev Baba Vəziroğludan niyə İNCİYİB: “Allah hər şeyi görür” – AÇIQLAMA

!Reklam – Yazi

Xalq artisti Ağadadaş Ağayevlə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu arasında inciklik yaşanıb. Müğənni efirdə onunla qonaq olan şairə xitabən, “İki il ağır imtahandan keçdim, Baba bir dəfə maraqlanmadı”, – deyərək Baba Vəziroğludan incidiyini açıq-aşkar bildirib.

Efirdə bu barədə susan Baba Vəziroğlu Yenicag.az-a açıqlamasında uzun illər dostluq etdiyi Xalq artisti ilə aralarında yaşanan umu-küsüyə aydınlıq gətirib. Şair bu incikliyin əsl səbəbini açıqlayıb:

“Orada çəkiliş canlı deyildi. Hətta montaj prosesində Ağadadaşın dediyi o sözləri kəsmək istədilər. Mən razılıq vermədim. Dedim, qoy efirə getsin, Ağadadaş ürəyini boşaltsın. Görünür özü demişkən, bu iki ildə ürəyi partlayırmış deməyə… Mən də təbii ki, orada cavab vermədim. Çünki cavab versəydim, məsələ uzanacaqdı. Sadəcə sakitlik olsun deyə, Ağadadaşın bu iddiasına zarafatla cavab verdim ki, barışıq aşı bişirərik, barışarıq. Əslində Ağadadaş ondan qabaq yaradıcılıq məsələsinə görə məndən incimişdi, sadəcə əlinə bir bəhanə düşdü, məsələnin həqiqətən nə üstə olduğunu demək istəmədi. Biz yalan danışa bilərik, amma Allah hər şeyi görür axı. Mən ona zəng də etmişəm. Oğluna yazmışam, zəng etmişəm, o da cavab verməyib. Görünür, xəstəliyə qədər artıq incikliyi olub. Efirdə ona cavab vermədim. Çünki Ağadadaşla tonlarla çörək kəsmişik, yeyib-içmişik, yüzə yaxın mahnılar yazmışıq, disklərimiz çıxıb. Bütün bunların üstündən bir saniyədə xətt çəkmək mənim aləmimdə düz deyil. Mənim əxlaqımda belə şey yoxdur. Sonra da fikirləşdim ki, uman yerdən küsərlər. Bəlkə elə gözləyirmiş ki, tətta özü cavab verməsə də bir dəfə yox, yüz dəfə zəng edim. Sonra görsün ki, Baba ona yüz dəfə zəng edib. Bəlkə bunu umurmuş. Həm də mən müdrik adamam.

Məşhur bir pritça var: Bir neçə dost masa arxasında oturur. Nəsə bir sözdən biri inciyib gedir. Arxadan o biri dost çağırır ki, adə, ay avara, hara gedirsən? Mən sənə ömrümün 30-40 ilini sərf etmişəm. Yəni bizim dostluğumuz, sevgimiz elə bu qədərmiş, gəl otur yerində. O yazıq da başa düşür və gəlib oturur yerində.

Mən dostluq, əsl insani münasibət haqqında belə düşünürəm. Təbii ki veriliş bitəndən sonra görüşüb ayrıldıq. Mənə elə gəlir ki, o ürəyinin sözünü tam deyə bilmədi, yenə incik getdi. Olsun. Xalq nahaq yerə deməyib ki, dost yolunda boran olar, qar olar. Amma bir şeyi unutmaq lazım deyil ki, dost yolunda olan boran-qar bir gün qış çəkilib gedəndən sonra yox olur. Yenidən yaz gəlir, hər tərəf gül-çiçək açır. Hava qızır, hər şey yoluna düşür”.

Cəvahir

www.yenicag.az

4123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv