!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağalı və Talış kəndlərində heyvan kəsimi üçün çadırlar quraşdırıldı

!Reklam – Yazi

“Bu il ilk dəfə olaraq işğaldan azad edilmiş zonalarda – Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində heyvan kəsimi üçün çadırlar quraşdırılıb”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Elina Sulyayeva “Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinq”də bildirib.

Onun sözlərinə görə, çadırlarda tam təchiz edilmiş mobil biotəhlükəsizlik laboratoriyaları da fəaliyyət göstərir. Həmin laboratoriyalar seroloji, mikroskopik, orqanoleptik, fiziki-kimyəvi və molekulyar-bioloji müayinələrin aparılması üçün tam hazır vəziyyətdədir.

E.Sulyayeva bildirib ki, AQTİ-nin Bərdə və Göygöl rayonlarında stasionar baytarlıq laboratoriyaları var: “Bayram günlərində zərurət yaransa, nümunələr təcili olaraq həmin laboratoriyalara çatdırılaraq müayinə ediləcək”.

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv