!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ağamirzə: “Gecə-gündüz əl açıb Allaha yalvarıram ki...”

!Reklam – Yazi

“Allaha yaxınlaşmağın ilk addımı tövbə etmək, günahlardan çəkinməkdir. Allah müqəddəs Ramazan ayında hər bir bəndə üçün gözəl bir fürsət yaradıb. Əzəmətli və bərəkətli Ramazan ayının bu fürsətini gözəl, savab əməllərimizlə dəyərləndirməli, əlimizdən verməməliyik…”

Bunu mübarək Ramazan ayı ilə bağlı fikirlərini Yenicag.az-a bölüşən tanınmış meyxana ustadı Ağamirzə deyib.

Sənətçi bağışlanmaq, günahlardan təmizlənmək, arınmaq, durulmaq üçün Ramazan ayının fürsətlərindən danışıb:

“Orucluq ayı bağışlanmağımız üçün həm də bir fürsətdir. Biz insanıq və günahlardan, səhvlərdən xali deyilik. Bir deyil, milyardlarla günahlarımız var. Heç bir bəndə günahlardan xali deyil. Ən gözəlini Allah bilir. Allah hamını və bizləri bağışlasın. Orucluq ayı olsa da, olmasa da, hər gecə Allahla söhbət edirəm. Deyirəm, Allahım, sən bilirsən mənim günahlarımı, səhvlərimi, yalvarıram məni bağışla! Qarşıdan mübarək Qədr gecələri gəlir. Allah tərəfindən hər bir bəndəyə böyük bir imkan verilir ki, həmin gecələrdə yatmayıb, səhərə qədər oyaq qalsınlar, dualar etsinlər”.

Cəvahir

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv