!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədi sakinlərindən 6 kq narkotik götürüldü

!Reklam – Yazi

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərioğulları kəndində yaşayanlar Vüqar Xankişiyev və Firuz Həsənov saxlanılıb.

V.Xankişiyevin kənd ərazisindəki otlaq sahəsinə baxış keçirilən zaman orada gizlətdiyi 6 kiloqramdan artlq və F.Həsənovun evinin həyətyanı sahəsindən isə 145 qram marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv